Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada “ildırımsürətli” qripə görə bağça və məktəblər bağlandı

  • 2025.01.22 19:33
  • 207 Baxış
Rusiyada “ildırımsürətli” qripə görə      bağça və məktəblər bağlandı

Rusiyanın bir neçə əyalətində artıq qrip səbəbindən qapanmalar başlayıb.
“Medicina” xəbər verir ki, Omskda kəskin respirator virus infeksiyalarına görə 24 uşaq bağçası və 9 orta məktəb sinifi bağlanıb.


Rayonda bir həftə ərzində kəskin respirator virus infeksiyaları və qripə yoluxma halları 1,4 dəfə artıb.


Bir həftə ərzində 40% təşkil edən kəskin respirator virus infeksiyalarına yoluxma hallarının artması Omskda 19 uşaq bağçasında 24 qrupun və 5 məktəbdə 9 sinfin karantin üçün bağlanmasına səbəb olub.

Omsk vilayəti üzrə Rospotrebnadzor Administrasiyasının mətbuat xidmətindən TASS-a bildiriblər ki, regionda kəskin respirator virus infeksiyaları və qripə yoluxma halları həftə ərzində 1,4 dəfə artaraq hər 10 min nəfərə 43,7-yə çatıb.

“Əgər Qrupda (sinifdə) və ya bütövlükdə təhsil müəssisəsində 20 faiz və ya daha çox xəstəlik halları aşkar edildikdə, tədris prosesinin dayandırılması barədə vaxtında qərar qəbul edilməsi kəskin respirator infeksiyaların qarşısının alınması üçün vacib tədbirdir”.


Aygün Musayeva