Rusiyada ötən həftə ilk dəfə olaraq Honq Konq qripinə yoluxma faktı qeydə alınıb.
“Medicina” xəbər verir ki, rəsmi məlumata görə, Tümen şəhərində 3 H3N2 ştammına yoluxma olub.
Bu qrip adını 1968-ci il pandemiyasından götürüb.
Belə ki, ilk dəfə Honq Konqda başlayan qrip dünyaya yayılıb. Statistikaya görə, bu qripdən 3 milyon insan ölüb.
Bu qripdən qorunmaq üçün koviddə olduğu kimi şəxsi müdafiə və gigiyena şərtlərini artırmaq lazımdır.
Honq Konq qripinin əlamətləri:
- 39 dərəcə qızdırma
- Quru öskürək
- Burun tutulması
- Baş əzələ ağrısı
- Halsızlıq
- Iştahsızlıq
Bu qrip miokardit, pnevmoniya, meningit və s. səbəb ola bilər.
1968-70-ci illərdə yayıldığına görə xalqlarda buna qarşı kollektiv immunitet var. Bu ştamm hər 20 ildən bir qayıdır. Bu dəfə miqyasının nə dərəcədə olması naməlumdur.
Aygün Musayeva