Rusiyada heyvanların yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiyasına başlanılıb.
Medicina.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Rosselxoznadzor” rəhbərinin müşaviri Yuliya Melano bildirib.
“Rusiyanın bir sıra regionlarında baytar klinikaların bazasında ev heyvanlarının COVID-19 əleyhinə vaksinasiyasına başlanılıb. Vaksinasiyanı heyvanların sağlamlığının mühafizəsi üzrə Federal Mərkəzin istehsal etdiyi peyvənd preparatının göndərildiyi özəl və dövlət klinikaları həyata keçirir”, deyə Y. Melano vurğulayıb .
Qeyd edək ki, rusiyalı alimlər tərəfindən hazırlanan heyvanların koronavirus əleyhinə vaksin preparatı “Karnivak-Kov” adlanır.