Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada həkimlərdən Putinə müraciət– “Maaşımız azdır,gecə növbəsinin pulları azaldılıb, vəziyyət kritikdir"

  • 2019.08.31 16:43
  • 5568 Baxış
Rusiyada həkimlərdən Putinə müraciət–  “Maaşımız  azdır,gecə növbəsinin pulları azaldılıb, vəziyyət kritikdir"
Rusiyada tibb işçilərinin etirazı və maaşlardan narazılığı artıq ölkənin bir çox əyalətlərini bürüyüb.


Medicina.az xəbər verir ki, Sverdlovsk əyalətinin həkimləri ölkə rəhbəri Putinə müraciət ünvanlayıb və onu açıq səsləndirərək yayıblar.


Mərkəzi xəstəxanasının həkimləri aşağı maaşlardan, ştatların optimizasiyasından, gecə növbəsində əlavə çalışmalara görə ödəmənin 30%-ə endirilməsindən, nə qədər çox çalışsalar da, əldə etdikləri maaş və əlavə gəlirin onların xərclərinə yetmədiyindən gileyləniblər.


"Bizim maaşlarımız, gecə növbəsi üçün əlavə ödənişlər minimuma endirilib, mükafatlar, QİÇS və vərəmə görə əlavə ödənişlər verilmir.

Bir çox lqotlarımız ləğv edilib. Optimizasiya tibb işçilərinin yükünü artırıb, bu da tibbi xidmətin keyfiyyətini azaldır. Tibb işçiləri bütün resurslarını 100% xərcləyir, amma qazancımız aylıq dolanışığa yetmir. Nəsə qazanmaq üçün, 1,5-2 iş yükü  götürürük.


Böyük  ixtisarlar nəticəsində tibb bacısı və xadimələrin sayı azaldılıb, onların işini də biz görürük. Vəziyyət kritikdir və ölkə rəhbəri buna təcili diqqət yetirməlidir”.