Rusiya Ali Məhkəməsi həkim və digər tibb mütəxəssisi tərəfindən təyinat və göstəriş olmadan, pasiyentin öz istəyi ilə USM (UZİ) müayinə aparılmasını qadağan edən qərar qəbul edib.
“Medicina” xəbər verir ki, məhkəmə özəl tibb müəssisəsində USM keçmək istəyən, lakin imtina alan pasiyentin şikayətinə baxıb.
Pasiyent USM müayinəsi üçün qeydiyyatda olduğu tibb müəssisəsi və həkimdən təyinat verilməsini insan haqlarının pozulması və məhdudlaşdırılması hesab edib. Eyni zamanda konkret müəssisəyə göndəriş əyalət və regionda tibbi xidmət rəqabətini azaldır, xəstənin həkim seçmək haqqını pozur.
Öz qərarında Ali Məhkəmə Səhiyyə Nazirliyinin vəsadətini təmin edib və ümumiyyətl, həkim təyinatı olmadan şəxsi istəklə USM keçirilməsini qadağan edib.
Bu, tibbi prosedurların məqsədyönlü təyinarı və təhlükəsizlik prinsiplərini qorumaq üçündür.
Aygün Musayeva