Rusiyada günlük yoluxma 20 minə çatır - STATİSTİKA

  • 2021.08.28 12:44
  • 1387 Baxış
Rusiyada günlük yoluxma 20 minə çatır -  STATİSTİKA

Rusiyada son sutkada daha 19 492 nəfər COVID-19-a yoluxub.

Medicina.az xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 6 863 541 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 799 nəfər artaraq 180 840-a yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 6 131 446 nəfər sağalıb.