Rusiyanın Tuva Respublikasının dörd sakininə "Sibir xorası" (qarayara) diaqnozu qoyulub.
Medicina.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor"un mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlum diaqnozla ilk xəstə iyun ayının sonunda xəstəxanaya yerləşdirilib .
Regionun Səhiyyə Nazirliyi də dörd nəfərdə "Sibir xorası" diaqnozunun təsdiqləndiyini açıqlayıb.
Rospotrebnadzorun epidemiya əleyhinə bölməsi Tuvada qarayara xəstəliyinin ocağında profilaktik tədbirlər həyata keçirir. Qurumdan bildirib ki, Rusiya Federasiyasında qarayara xəstəliyinin yayılması təhlükəsi istisna edilib.