Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada donuz qripindən 3 nəfər öldü

  • 2022.12.28 16:37
  • 1682 Baxış
Rusiyada donuz qripindən 3 nəfər öldü

Rusiyada dekabrdan donuz qripi kovid və qripi üstələyib.

Bakupost.az xəbər verir ki, artıq Xabarovskda qripdən 2 nəfər, Moskvada isə 1 nəfər ölüb.

Bu barədə region səhiyyə şöbəsinin rəhbəri məlumat verib.

Əsasən donuz qripinə yoluxma baş verir.

Səhiyyə naziri regionlarda qripə yoluxmanın 200 faizi aşdığını bildirib.
Yoluxanların 70% uşaq və yeniyetmələrdir.

Epidemioloji vəziyyəti sabitləşdirmək üçün məktəbliləri daha uzun müddətə qış tətilinə göndəriblər.

Ölənlərin evdə ağırlaşaraq, 2 həftə gözlədikləri üçün vəfat etdikləri bildirilir.