Rusiyada deputatlar koronavirusdan maraqlı üsulla qorunur
Rusiyada bəzi millət vəkilləri koronavirusdan qorunmaq üçün həşəratlara qarşı istifadə edilən dərmanlara bənzər həblərdən istifadə etməyə başlayıblar.
“Hürriyet” xəbər verir ki, yapon firmasının hazırladığı dərmanlar nişan formasında yaxaya taxılır.
Dərman 10 gün ərzində xlordioksid ifraz edərək, bir metr məsafədə müdafiə yaradır.
Amma bu həblər onu istifadə edənləri xlorun yüksək miqdarda təsirinə məruz qoyur. Nəticədə, insanda başgicəllənmə, zehni pozğunluq və başqa əks təsirlər üzə çıxır.