Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada Delta plyusa yoluxma qeydə alındı – İlk pasiyent

  • 2021.06.26 15:46
  • 1781 Baxış
Rusiyada Delta plyusa yoluxma qeydə alındı  – İlk pasiyent

Dünyanın 5 ölkəsində aşkarlanan koronavirusun Delta plyus ştammı Rusiyada da aşkarlandı. Hələ ki, bir nəfərdə bu ştamm qeydə alınıb.

Medicina.az xəbər verir ki, bu barədə Darya Danilenko məlumat verib.

“Çox güman ki, bu xarici ölkədən gətirilmədir. Hələ ki, bir nəfərdə taplıb, həmin şəxs və ünsiyyətdə olduğu şəxslər təcrid edilib. Delta plyus ABŞ və Böyük Britaniyada tək-tək rast gəlinir.

Hələ ki, bu ştammın təhlükəlilik dərəcəsi barədə qorxulu proqnoz vermək üçün tezdir. Xəstənin klinik vəziyyəti əvvəlki koronavirus xəstələrindən elə də fərqlənmir”.

Qeyd edək ki, Rusiyada yoluxma tempi artır, ölkədə Hİndistan ştammı yayılıb. Lakin iyunun 24-nə kimi dövlət rəsmiləri ölkədə delta plyusun olmadığını bəyan etmişdilər.