Rusiyada daha 8 nəfər şaurmadan zəhərlənib.
Medicina.az xəbər verir ki, bu barədə Rospotrebnadzor məlumat yayıb.
Məlumata görə, Krasnoyarsk diyarının cənubundakı Minusinsk şəhərində 8 nəfər şaurma yedikdən sonra həkimə müraciət edib.
Müayinələr zamanı onların hamısının zəhərləndiyi məlum olub.
Hadisədən sonra şaurmanın satıldığı kafedə sanitariya-epidemioloji araşdırma aparılıb.
Kafedə qida məhsullarının üzərində etiketlər olmayıb. Məkanda vaxtaşırı təmizlik işlərinin aparılmadığı məlum olub.
Sanitariya tələblərinə cavab verməyən, ümumi çəkisi 370 kq-dan çox olan ərzaq məhsulları satışdan çıxarılıb. Kafenin fəaliyyəti isə 90 günlük dayandırılıb.
Qeyd edək ki, son günlər Rusiyada tez-tez zəhərlənmə halları baş verir. Bu yaxınlarda şaurmadan 17 nəfər zəhərlənib və onlara salmonella diaqnozu qoyulub. Bundan əlavə ölkədə "botulizm" infeksiyasına kütləvi yoluxma qeydə alınıb.
Aysel