Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada daha 7 212 nəfərdə COVID-19 aşkarlandı

  • 2020.09.25 12:15
  • 1608 Baxış
Rusiyada daha 7 212 nəfərdə COVID-19  aşkarlandı

Rusiyada son bir gündə daha 7 212 nəfərə COVID-19 diaqnozu qoyulub.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 136 048 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 108 nəfər artaraq 20 056-ya yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 934 146 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 560 nəfər.