Rusiyada son bir gündə daha 6 196 nəfərə COVID-19 diaqnozu qoyulub.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 109 595 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 71 nəfər artaraq 19 489-a yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 911 973 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 915 nəfər.