Rusiyada son bir gündə daha 15 038 nəfərə COVID-19 diaqnozu qoyulub.
Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 027 478 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 553 nəfər artaraq 78 687-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 538 422 nəfər sağalıb.