Rusiyada son bir gündə daha 27 543 nəfərə COVID-19 diaqnozu qoyulub.
Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 215 533 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 496 nəfər artaraq 38 558-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 712 174 nəfər sağalıb.