Rusiyada son bir gündə daha 13 233 nəfərə COVID-19 diaqnozu qoyulub.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 099 323 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 459 nəfər artaraq 80 979-a yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 624 663 nəfər sağalıb.