Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada daha 15 089 nəfərə COVID-19 diaqnozu qoyuldu

  • 2021.02.12 12:22
  • 1327 Baxış
Rusiyada daha 15 089 nəfərə COVID-19 diaqnozu qoyuldu

Rusiyada son bir gündə daha 15 089 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 042 837 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 507 nəfər artaraq 79 194-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 559 142 nəfər sağalıb.