Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada da əyani dərslər BƏRPA OLUNUR

  • 2021.08.17 09:33
  • 1248 Baxış
Rusiyada da əyani dərslər  BƏRPA OLUNUR
Rusiyada sentyabrın 1-də dərs ili əyani formatda başlanacaq.

Medicina.az xəbər verir ki, bu barədə Rusiyanın maarif naziri Sergey Kravtsov jurnalistlərə məlumat verib. Nazir şagird və tələbələrin müəllimləri ilə dərs ilinin ilk günü görüşməsinin vacib olduğunu vurğulayıb. S.Kravtsov əlavə edib ki, hər region epidemioloji vəziyyətə əsasən qərar vermək ixtiyarındadır.

Maarif naziri müəllim, şagird və tələbələrin məcburi peyvənd edilməsinin də əleyhinə çıxıb.