Rusiyada son bir gündə daha 12 828 nəfərə COVID-19 diaqnozu qoyulub.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 112 151 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 467 nəfər artaraq 81 446-ya yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 642 582 nəfər sağalıb.