Rusiyada son bir gündə daha 21 734 nəfərə COVID-19 diaqnozu qoyulub.
“Medicina” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 612 800 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 586 nəfər artaraq 66 623-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 002 026 nəfər sağalıb.