Rusiyada hazırda 41 botulizm xəstəsi xəstəxanalarda müalicə alır.
Medicina.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib ki, onlardan 9-u süni tənəffüs aparatına qoşulub
Onun sözlərinə görə, xəstələr Moskva, Sankt-Peterburq və Nijni Novqoroddakı xəstəxanalarda müalicə alırlar.
Xatırladaq ki, iyunun ortalarından Moskvada 120-dən çox insan botulizm əlamətləri ilə həkimə müraciət edib, onlardan 55 nəfərin vəziyyəti ağır olub.
Bəzi zərərçəkmişlərin “LokalKitchen” MMC-və “Gastroport” MMC-dən salat sifariş etdikləri məlum olub.
“Rospotrebnadzor” (Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti) hər iki məkanda sanitar-epidemioloji araşdırmanın aparılmasına qərar verib. Onların qida satması qadağan edilib.
Aysel