Rusiyada son bir gündə daha 13 447 nəfərə COVID-19 diaqnozu qoyulub.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 125 151 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 480 nəfər artaraq 81 926-ya yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 661 312 nəfər sağalıb.