Yeni açıqlanan məlumatlara görə, ölkədə epidemiya yayılandan bəri cəmi 6343 koronavirus testi müsbət olmuşdur. Bunlardan 406 nəfərin sağaldığı və xəstəxanadan çıxdığı, 47 adamın həyatını itirdiyi bildirilib.
Bundan əlavə yeni yoluxma halların əksəriyyətinin paytaxtda aşkar edildiyi qeyd olunub. Moskvada bu günə qədər test cavabı pozitiv çıxan koronavirus xəstələtinin sayı 591 nəfərdir. Bu insanların təxminən 85 faizinin 65 yaşdan aşağı olduğu qeyd olunur.
Mart ayının sonundan etibarən Moskvada əhaliyə evdə özlərini karantin altına almaq və lazım gəlmədiyi müddətdə evdən çölə çıxmamaq tövsiyə edilib.
Şəhər sakinlərinə iş yerlərinə getmək, ən yaxın marketlərdən və apteklərdən alış-veriş etmək, evlərinin ətrafındakı yüz metrlik ərazidən uzaqlaşmadan ev heyvanlarını göəzdirmək və zibil atmaq üçün icazə verilir.