Rusiyanın Tomsk vilayətinin Leninsky şəhərində azərbaycanlı ailə koronavirusa (COVID-19) yoluxub, ailənin 1 üzvü vəfat edib.
Medicina.az xəbər verir ki, əslən Azərbaycanın Lənkəran rayonundan olan, Rusiya vətəndaşı Dadaşov Şahəddin Əlirza oğlu və 5 ailə üzvü 2 həftə əvvəl yoluxublar. Onlar əvvəlcə şəhər klinikasında müalicə alsalar da, vəziyyətləri yüngülləşdiyi üçün ev şəraitində izoliyasiyaya buraxılıblar.
Ötən gün isə Ə. Dadaşovun həyat yoldaşı, 1979-cu il təvəllüdlü Dadaşova Sənəm Vəli qızı dünyasını dəyişib.