Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada 9 yaşlı psixoloq qəbula başladı - Ölkə şokda

  • 2022.02.16 14:19
  • 1667 Baxış
Rusiyada 9 yaşlı psixoloq qəbula başladı -  Ölkə şokda
Moskva dövlət universitetinin birinci kurs tələbəsi, 9 yaşlı vunderkinq qız Alisa Teplyakova psixoloq kimi fəaliyyətə başlayıb. Qızın atası onun fantastik qəbul qiymətini açıqladıqda digər psixoloqla şoka düşüb.

Medicina.az xəbər verir ki, 9 yaşında psixoloji elmlərdən imtahan verib universitetə qəbul olan qız birinci sessiya imtahanlarını verə bilməsə də hələ universitetdə təhsilə davam edir.

Uşağın atası əmindir ki, onun qızı paytaxtın ən yaxşı psixoloqları kimi yüksək səviyyəli ekspertdir və pasiyentləri düzgün müalicə edəcək.

Xüsusən Alisa özü yaşda uşaqlara çox gözəl konsultasiya keçə bilər.
Artıq qızın fanatları onun qəbuluna düşmək istəyir.

Alisanın qəbul qiyməti isə 1 saata 50 min rubl (800 azn) təyin edilir. Ata deyib ki, Alisa unikal mütəxəssisdir, onun fitri istedadı var və hamını qəbul etməyə vaxtı da yoxdur. Ona görə o az adam qəbul edəcək.


Qeyd edək ki, bu qiymətə Rusiyanın 30 illik məşhur psixoloqları pasiyent qəbul edir.