Rusiyada son bir gündə daha 27 328 nəfərə COVID-19 diaqnozu qoyulub.
Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 681 256 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 450 nəfər artaraq 47 391-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 124 797 nəfər sağalıb.