Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada 417 nəfər təhlükəli virusa yoluxub: ölənlər var

  • 2024.07.11 14:20
  • 779 Baxış
Rusiyada 417 nəfər təhlükəli virusa yoluxub:  ölənlər var
Ümumilikdə Rusiyanın 11 regionunda 417 nəfər botulizm infeksiyasına yoluxub, onlardan 2-si dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un (Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti) rəhbəri Anna Popova bildirib.

Popova qeyd edib ki, xəstələrin əksəriyyəti sağalıb.

Onun sözlərinə görə, xəstəxanalarda hələ də vəziyyəti pis olan və daimi həkim nəzarəti tələb edən bir neçə nəfər var.

Qeyd edək ki, iyun ayında Rusiyada kütləvi şəkildə botulizm infeksiyasına yoluxma hadisəsi qeydə alınıb.
Xəstələrin çoxu “Kictchen on the District”in satdığı “Lobio” salatını yedikdən sonra yoluxub. İyunun 24-də Kostroma vilayətində botulizmdən ilk ölüm xəbəri yayılıb. İyulun 5-də isə ikinci ölüm faktı qeydə alınıb.


Aysel