Rusiyada üç jurnalist koronavirusdan ölüb.
Medicina.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov bildirib.
Onun sözlərinə görə, media işçiləri arasında 100-dən artıq yoluxma faktı qeydə alınıb. Onların əksəriyyətində koronavirus simptomsuz keçir.
Ümumilikdə, dünyanın 23 ölkəsində 55 KİV əməkdaşı COVID-19-dan həyatını itirib.
V.Solovyov onu da vurğulayıb ki, 500-dən artıq rusiyalı jurnalist evində tibb işçilərinin nəzarəti altında karantindədir.