Rusiyada indiyə kimi 1682 Omicron ştamına yoluxma halı qeydə alınıb.
Medicina.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Tatyana Qolokova bildirib.
Onun sözlərinə görə, indiyə kimi ölkədə 1682 Omicron ştamına yoluxma halı qeydə alınıb: “Lakin başa düşürük ki, Omicrona yoluxanların sayı daha çoxdur.
Rusiya baş naziri onu da bildirib ki, bu gün səhər saatlarına olan məlumata görə, ölkə regionlarının demək olar ki, yarısında Omicrona yoluxma halları qeydə alınıb. Bu regionların sayı 42-dir.
Rusiya paytaxtının meri Sergey Sobyanin isə Moskva regionunda koronavirusa yoluxmada Omicron ştamının üstünlük təşkil etdiyini açıqlayıb.
#
APA