Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada 12 yaşdan yuxarı yeniyetmələr vaksinasiya olunacaq

  • 2021.06.05 10:31
  • 1466 Baxış
Rusiyada 12 yaşdan yuxarı yeniyetmələr  vaksinasiya olunacaq
Rusiyalı mütəxəssislər 12 yaşdan yuxarı yeniyetmələrin koronavirus əleyhinə vaksinasiyası məsələsini nəzərdən keçirirlər.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Mixail Muraşkonun açıqlamasında məlumat yayıb.

“İndi 12 yaşından yuxarı şəxlərə bir sıra peyvəndlərin icazə verilməsini nəzərdən keçiririk. Təhlükəsizlik və effektivlik üçün Rusiya peyvəndlərinin klinik tədqiqat protokolunu hazırladıq, düşünürəm ki, yaxın gələcəkdə sınaqlara başlayacağıq”, - deyə Muraşko bildirib.