Rusiyada son bir gündə daha 21 887 nəfərə COVID-19 diaqnozu qoyulub.
“Medicina” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 655 839 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 612 nəfər artaraq 67 832-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 054 218 nəfər sağalıb.