Rusiya bu gündən etibarən “Omikron” aşkarlanmış bütün ölkələrdən Rusiyaya gələn hər kəsi 2 həftəlik karantinə alacaq.
Medicina.az xəbər verir ki,bu barədə Rospotrebnadzorun rəhbəri Anna Popova bildirib.
“Rusiya Omikron virusunun yayıldığı ölkələrlə aviauçuşları dayandırmır, lakin vətəndaşlarımız xəbərdarlıq və riskə baxmayaraq o ölkələrə gedib qayıdarlarsa, dərhal karantinə göndəriləcəklər. Biz bu addımı atmağa məcburuq. Operativ məlumata görə, yüzlərlə rusiyalı o ölkələrdən qayıdır və qayıdacaq.
PZR testin müddətini isə 3 sutkadan 2 sutkaya endirdik. Ölkə əhalisini sürətlə yayılan Omikrona qarşı qoruma tədbirləri davam edəcək”.