Davos forumunda xəbərdarlıq edilən X virusunun xüsusilə Rusiya və Ukrayna üçün ağır olacağı proqnozlaşdırılsa da Rusiya bu barədə narahat olmadığını bildirib.
"Medicina" xəbər verir ki, səhiyyə naziri Muraşko yerli səhiyyə sisteminin bu hipotetik xəstəliyə qarşı hazır olduğunu açıqlayıb.
"Bu gün həyata keçirilən bir sıra proqramlar, diaqnostika bazasını gücləndirməyə, test sistemlərinin sürətli inkişafını formalaşdırmağa və xəstəliyə nəzarət etməyə uyğun imkanların olduğunu göstərir .
Ustənilən halda ciddi xəstələnmə hallarına həmişə hazır olmaq lazımdır, ona görə də bu gün Rusiya Federasiyasında bunun üçün hər şey edilir və biz hazırıq".
Aygün Musayeva