Rusiya İnvestisiya Fondu digər ölkələrə Sputnik V kovid vaksini satışından 1,5 milyard dollara yaxın vəsait əldə edib.
"Medicina" xəbər verir ki, bu barədə baş direktor Kirill Dmitriyev bildirib.
Məhz bu fond nəinki ilk yerli kovid peyvəndini hazırlamışdı, eyni zamanda onun eksportunu həyata keçirib.
"Sputnik yarandığı gündən çox rəqiblərin gözü götürmürdü, heç də hamı Rusiyanın belə effektiv preparatı olduğuna sevinmirdi. Yolumuza naneələr çıxırdı.
Lakin bu vaxta qədər Sputnikin effektiv olması barədə onlarla klinik tədqiqat var.
Dünyanın ən avtoritar universitetləri, alimləri və nəşrləri Sputnikin effektivini yazıb.
Biz pandemiyada minlərlə insanı xilas edəcək o vaksini yarada bildik və tibb tariximizdə ən çox xaricə satılan vaksin preparatı kimi düşdü".
Aygün Musayeva