Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiya prezidenti Putinin içdiyi möcüzə qarışım

  • 2021.11.18 16:59
  • 3046 Baxış
Rusiya prezidenti Putinin içdiyi  möcüzə qarışım
Bir neçə il bundan əvvəl Rusiyanın prezidenti Vladimir Putin NTV kanalına eksklüziv müsahibə verib.

Müsahibə zamanı Putin kanalın müxbirinə xüsusi "sağlamlıq kokteyli"ni dadmağa təklif edib. Bu müsahibədən sonra kokteylin resepti İnternetdə sürətlə yayılmağa başlayıb. Reseptlər biri birindən fərqlənsə də onların əsas inqrediyentləri bunlardır: çuğundur, qıtığotu kökü (rus dilində “хрен”), alma və baldır.

Mütəxəssislər qeyd edir ki, belə zəngin tərkib həqiqətən orqanizmə çox müsbət təsir edir - təzyiqi və xolesterini tənzimləyir, damarları təmizləyir, immuniteti möhkəmləndirir, insanı daha gümrah edir, orqanizmi təmizləyir, beyinin fəaliyyətini yaxşılaşdırır, orqanizmdə iltihabları azaldır.

Medicina.az kokteylin təxmini reseptini təqdim edir:

Tərkib:

- 1 orta ölçüdə çuğundur

- 1 iri alma

- 1 ç.q. sürtgəcdən keçirilmiş qıtığotu kökü (“xren”)

- 1 x.q. bal

- 2 stəkan qaynanmış soyuq su

Hazırlanması:

Çuğundur (çiy), alma və qıtığotu kökü 2 stəkan su əlavə etməklə blenderdə xırdalanır, bal əlavə olunur, qarışdırılır. 2 saat saxlayandan sonra kokteyli içmək olar.

Kokteyli soyuducuda saxlayın və gündə 2 dəfə 1 stəkan olmaqla yeməkdən 30 dəqiqə sonra için. /publika.az/