Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiya peyvəndi nə dərəcədə etibarlıdır? - ÜST AÇIQLADI

  • 2020.09.22 13:16
  • 2298 Baxış
Rusiya peyvəndi nə dərəcədə etibarlıdır?  - ÜST AÇIQLADI

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Kluqe Rusiya peyvəndi “Sputnik V”ni təhlükəsiz və təsirli adlandırıb.

Medicina.az xəbər verir ki, o, bu barədə Rusiya Səhiyyə naziri Mixail Muraşko ilə görüşdən sonra danışıb.

“ÜST Rusiya Federasiyasının COVID-19 əleyhinə peyvənd hazırlamaq üçün göstərdiyi səyləri yüksək qiymətləndirir. Bir daha etibarlı və təsirli peyvənd yaratmaq üçün göstərdiyi səylərə görə Rusiya Federasiyasına təşəkkür etmək istəyirəm”, - o, açıqlamasında qeyd edib.