Moskva vilayətində Rusiya Müdafiə Nazirliyinin “Patriot” konqres-sərgi mərkəzinin bazasında koronaviruslu xəstələr üçün hospital açılıb.
Medicina.az xəbər verir ki, xəstəxanaya 1 420 çarpayı yerləşdirilib. Bu, regionun digər tibb müəssisələrinə yükü azaltmalıdır.
Hospitalda hələlik ilk blok işə salınıb. Qalan üç blok yaxın günlərdə açılacaq.