Yanvarın 26-dan Rusiyanın Çita bölgəsində koronavirusdan müalicə alan Çin vətəndaşı xəstəxanadan evə buraxılıb.
Medicina.az xəbər verir ki,bu barədə “RİA Novosti” məlumat yayıb.
“Standartlara və qaydalara uyğun olaraq, bütün lazımi diaqnostik və müalicə tədbirləri görüldü. Bu gün xəstə evə buraxıldı”, - deyə xəstəxananın baş həkimi Sergey Yurçuk bildirib.
Evə buraxılan kişinin həyat yoldaşı və qızı xəstə ilə təmasda olduqları üçün fevralın 14-nə qədər tibb müəssisəsində saxlanılacaqlar.
Qeyd edək ki, Rusiyada koronavirusa yoluxmuş digər xəstə - çinli tələbə də Tümen vilayətindəki xəstəxanada müalicəsini başa vuraraq evə buraxılmışdı. Bununla da Rusiyada yeni tip koronavirusa yoluxmuş hər iki xəstə sağlamlığına qovuşub.