Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiya koronavirus vaksininin sınağını bitirdi

  • 2020.07.20 11:55
  • 1385 Baxış
Rusiya koronavirus vaksininin sınağını bitirdi

Rusiyada koronavirus vaksinin kliniki sınaqları bitib.

"BakuPost"un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, testin sınağı N.N.Berdenko adına hərbi hospitalda aparılıb. Artıq könüllü qismində sınaqda iştirak edən 20 nəfər evə yazılıb.

"Əldə edilən analiz nəticələri birmənalı olaraq bütün könüllülərdə vaksin nəticəsində immun cavabının meydana gəldiyini göstərir. Hər hansı əks təsir və ya sağlamlıqla bağlı şikayət qeydə alınmayıb".

Əldə edilən bütün nəticələr N.F. Qamaley adına Epidemiologiya və Mikrobiologiya Araşdırmalar Mərkəzinə təqdim ediləcək. Mərkəzdə aparılan işlərdən sonra preparatın dövlət qeydiyyatına alınmaası nəzərdə tutulur.

Xatırladaq ki, Silahlı Qüvvələrin əməkdaşı, tibbi xidmət polkovniki Sergey Boriseviç daha öncə bildirmişdi ki, vaksindən sonra meydana gələn antitellər orqanizmdə uzun müddət qalır.