Federal Tibbi-bioloji agentlik çiçək xəstəliyinin profilaktikası üçün yeni universal vaksin hazırlayıb.
Bakupost.az xəbər verir ki, bu vaksin meymunçiçəyinə qarşı da effektiv olacaq.
Agentliyin mütəxəssisləri bildirib ki, vaksinin təhlükəsizliyi üzrə klinik tədqiqatlara qədər olan mərhələ keçirilib.
İndi klinik mərhələyə keçilir.
Bundan öncə Dövlət Virusologiya mərkəzinin hazırladığı canlı olmayan çiçək vaksini də 3-cü faza klinik tədqiqatlar mərhələsindədir.
Eusiya rəsmiləri deyib ki, Rusiyada kifayət qədər çiçək vaksini ehtiyatı var. Mövcud köhnə vaksinlər 85% xəstəlikdən qoruya bilir.