Rusiya Azərbaycanda insulin istehsalına başlayacaq – Tarix açıqlandı

  • 2024.08.01 15:35
  • 1174 Baxış
Rusiya Azərbaycanda insulin istehsalına başlayacaq –  Tarix açıqlandı
Rusiyanın “Gerofarm” şirkəti 2025-ci ildə Azərbaycanda insulin istehsalına başlayacaq.

Medicina.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov
“İzvestiya” qəzetinə bildirib.

Ruslan Mirsayapov hazırda Azərbaycanda insulin istehsal olunmadığını, onun tamamilə idxal olunduğunu bildirib.

Onun sözlərinə görə, lokallaşdırma dərmanları azərbaycanlı xəstələr üçün daha əlçatan edəcək.

“Gerofarm” şirkətinin artıq Qazaxıstanda insulin istehsalı sahəsində uğurlu təcrübəyə malik olduğu qeyd edilib.

O da diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda 300 mindən çox şəkərli diabet xəstəsi qeydiyyatdadır. Son 4 ildə 2-ci tip şəkərli diabet xəstələrinin sayı 224 mindən 291 minə yüksəlib.


Aysel