Hər il minlərlə insanı cənginə alan müalicəsi tapılmayan Alsheymerin çarəsini Seçenov universitetinin tədqiqatçıları tapıb.
"Medicina" xəbər verir ki, alimlər efir yağlarının bu xəstəliyə faydalı olıduğunu bildirib.
Əczaçılıq İnstitutunun əczaçılıq və toksikoloji kimya kafedrasının professoru Snejana Aqatonoviç-Kuştrin bildirib ki, limon balzamı, lavanda, adaçayı, rozmarin beyinə müalicəvi təsir edir.
Bitkilərdən çəkilən efir yağları beyndə narahatlığı aradan qaldıra, onun vəziyyətini yaxşılaşdıra bilər.
Nanə, limon balzamı, lavanda, rozmarin, adaçayı, reyhan, kəklikotu Alshyermerdə istifadə edilən donepezil dərmanı ilə eyni təsir edir və bu efir yağları müalicəyə əlavə edilə bilər.
Aygün Musayeva