Qədim dövrlərdə kahinlər, rahiblər, loğmanlar, hind yoqları insanlara həftədə 1 dəfə "Sükut günü” ayırmağı məsləhət görüblər.
Hətta sultanlar və krallar belə çox vaxt bu mütoda riayət edirdilər. Bu metodun məqsədi ondan ibarətdir ki, insan çox danışmaq və digər insanları dinləməklə həyat enerjisini itirir. Nahaq yerə atalar, susmaq qızıldır deməyib. Əgər insan heç olmasa ayda 2 dəfə 1 gün ayırıb, heç kimlə danışmasa, özü ilə təkliyə çəkilsə və ya meşədə, təbiətdə, bağda, lap evdə belə telefonla da danışmasa onun ruhu, hüceyrələri, beyni dincələcək, həyati enerjisi artacaq. Həmin gün yemək yox, yalnız su və meyvə ilə keçinmək lazımdır.
Əgər belə etsəz, getdikcə enerjiniz artacaq, çox psixoloji, nevroloji problemlərdən qurtulacaq və yeniliklər etməyə gücünüz olacaq.