Cəlilabad rayonunun Dostalı kənd sakini, ruhi xəstə Mübariz Şahbazov tüfəngdən açdığı atəşlə özünü öldürüb.
Medicina.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Cəlilabad rayonunun Dostalı kəndində kənd sakini, ruhi xəstə Mübariz Şahbazov sentyabrın 25-də tüfəngdən açdığı atəşlə özünü öldürüb.
Cəlilabad RPŞ əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı müvafiq sənədləri olmayan "TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.