Piramida çay paketlərinin təhlükəli olduğu və hətta xərçəng yaratdığı ilə bağlı frikirlər illərdir insanları narahat edir.
Medicina.az xəbər verir ki, bu barədə müzakirlərin getdiyi ölkələrdən biri olan Rusiyada bu çayların təhlükəsiz olduğu rəsmi olaraq təsdiqlənib.
Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) piramidalı çay paketlərinin təhlükəsizliyini təsdiqləyib.
Bildirilib ki, “polimer” piramidalarda qablaşdırılmış çayın dəmlənməsinin mümkün zərərləri ilə bağlı bir neçə araşdırmadan sonra bəzi deputatlar, eləcə də istehlakçılar bu məsələdən narahat olublar.
İstehlakçıların Hüquqlarını Müdafiə Milli Birliyinin rəhbəri Pavel Şapkin məsələ ilə bağlı “Rospotrebnadzor”a sorğu ünvanlayıb. Qurum isə sorğuya cavab olaraq "piramidaların" təhlükəsiz qablaşdırma olduğunu təsdiqləyib.
Rospotrebnadzor izah edib ki, çay məhsulları texniki tənzimləmə obyektidir, buna görə də polimer qablaşdırma da daxil olmaqla, bütün qablaşdırma tələbləri Gömrük İttifaqının texniki reqlamentində müəyyən edilir.
“Eyni zamanda, bütün ərzaq məhsulları yalnız göstərilən texniki reqlamentlərə uyğun olduqda bazara buraxılır. Bu qaydalar, təbii ki, birdəfəlik torbalarda, o cümlədən “piramidalar”da qablaşdırılan çaylara da aiddir”, - deyə qeyd edilib.
Aysel