Kriştian Ronaldonun anasında xərçəng tapılıb.
Medicina.az xəbər verir ki, Turinin "Yuventus” klubunun forvardı və Portuqaliya millisinin hücumçusu Kriştian Ronaldonun 64 yaşlı anası Doloreş Aveyruda süd vəzi xərçəngi aşkarlanıb. Məlumata görə, Doloreş İtaliyaya, oğlunun 35 illiyinə səfərə gələrkən sağlamlığında problemlərin olduğunu bildirib.
"Məni Madriddə digər döşümdən əməliyyat etdilər, şüa terapiyasını aldım və hal-hazırda həyatım üçün mübarizə aparıram", - deyə Ronaldunun anası Portuqaliya telekanallarından birinin efirində bildirib. Doloreş onun qohumlarından heç kimin əməliyyat barədə məlumatı olmadığını da bildirib.
Qeyd edək ki, Ronaldunun anası 2007-ci ildə süd vəzisi xərçənginə qalib gəlib. Onda sinəsinin şağ hissəsindəki şiş götürülüb. Daha sonra o, şüa terapiyası alıb.