Keçmiş braziliyalı futbolçu, “Qızıl top” mükafatının sahibi Ronaldinyo anasının koronavirus səbəbindən reanimasiyada olduğunu bildirib.
Ronaldinyo bu barədə öz “Twitter” səhifəsində məlumat verib.
“Əziz dostlar, anam koronavirusa yoluxdu, onun tezliklə yaxşılaşması üçün mübarizə aparırıq.
Reanimasiya şöbəsindədir. Dualarınız, müsbət enerjiniz və sevginiz üçün əvvəlcədən təşəkkür edirəm.
Möhkəm ol, ana!”, - dünya çempionu öz sosial şəbəkə hesabında yazıb.