Papa Fransisk Vatikanın Apostol Sarayında özünü pis hiss edib.
"Medicina" xəbər verir ki, 86 yaşlı din xadimi bu barədə yazıb.
“Hamınıza salamlar. Çox bəyəndiyim bu səfər üçün təşəkkür edirəm, amma elə vaxtlar olur ki, özümü yaxşı hiss etmirəm və ona görə də çıxışı oxumağı yox, onu sizə çatdırmağı üstün tuturam”.
Bundan əvvəl Roma Papası Fransisk bildirib ki, hazırda dünya müharibə vəziyyətindədir. O, buna səbəb kimi silah sənayesini göstərib. Papa İsrail və Fələstini dinc yanaşı yaşamağa çağırıb.
Aygün Musayeva