Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Robotlar insandan daha ağıllı olacaqlar" - Professor

  • 2018.05.18 23:01
  • 14164 Baxış
"Robotlar insandan daha ağıllı olacaqlar" -  Professor
Süni intellekt texnologiyasının qabaqcıllarından olan professor Yurgen Şimidhuber robotlarla bağlı maraqlı açıqlama verib.


Mdicina.az Publika.az-a istinadən xəbər verir ki, professor gələcəkdə robotların insanlardan daha ağıllı ola biləcəyini, ancaq yenə də insanların bundan fayda götürə biləcəyini deyib.


Məşhur ekspert insanların texnologiyadan və onların gələcəyindən qorxmamaqlarını məsləhət görüb.


Mövzu ilə bağlı tükürpədən xəbərdarlıqlar son olaraq süni intellekt təhlükəsinin nüvə başlıqlarından daha böyük bir təhlükə daşıdığını deyən "Tesla” şirkətinin sahibi Elon Mask tərəfindən verilib.


CNBC-yə açıqlama verən Yurgen Şimidhuber isə Maskla saatlarla müzakirə apardığını və onun qorxularının yersiz olduğunu deyib. Ekspert bildirib ki, süni intellekt bir müddətdən sonra insandan daha ağıllı olacaq və insana olan marağını itirəcək.


"Labaratoriyalarımızda, onsuz da, sadəcə insanların söylədiklərini etməyən və öz hədəflərini yaradan kor-koranə rorbotlarımız var” deyən ekspert robotların gələcəkdə insanlarla deyil, daha çox digər süni zəkalarla maraqlanacağını qeyd edib.


Məşhur mütəxəssis bütün süni intellekt araşdırmalarının 95%-nin insan həyatını daha uzun, sağlam və xoşbəxt bir hala gətirməklə bağlı olduğunu deyib. Yerdə qalan 5% isə məkanla bağlıdır ki, burada da narahatlıq doğuracaq səbəb yoxdur.