Robotik cərrahiyyədə xəstə ölümü baş verib.
"Medicina" xəbər verir ki, Florida xəstəxanasında robot cərrah səhvə yol verib.
Ölən xəstənin yaxınları klinikanı məhkəməyə verib.
Dünyada məşhur olan, Türkiyədə də bahalı klinikalarda istifadə edilən Da Vinçi robotu 78 yaşlı xəstənin qarın boşluğunda əməliyyat zamanı nazik bağırsağı zədələyib.
Xəstənin ailəsi cərrahın robotu düzgün istifadə etmədiyi və xəstənin ağırlaşmasına məhəl qoymadığını bildirib.
Onun nazik bağırsağı yandırdığını gözdən qaçırıblar.
Son zamanlar cərrahların robotlara çox güvəndiyi bildirilir, hətta gələcəkdə 90 faiz əməliyyatların robotik olacağı deyilir.
Aygün Musayeva